
"Mançester Yunayted"də yeni hücumçu
Mateus Kunya "Mançester Yunayted"ə keçib.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı hücumçu ilə 5+1 illik müqavilə imzalayıb.
26 yaşlı forvard üçün "Vulverhempton"a 74,4 milyon avro təzminat ödənilib.
Kunya ötən mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.