
Ansu Fatinin yeni klubu bilindi
"Monako" hücumçu Ansu Fatinin transferi ilə bağlı "Barselona" ilə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, Liqa 1 klubu 22 yaşlı futbolçunu 14 milyon avroya almaq imkanı ilə icarəyə götürüb.
Qeyd edək ki, "Barselona" gələcəkdə öz yetirməsini 28 milyon avroya geri almaq hüququna malikdir.