
"Arsenal" "Ayaks"ın müdafiəçisi ilə maraqlanır
"Arsenal" "Ayaks"ın müdafiəçisi Yorrel Hatonu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, ingilis klubu 19 yaşlı futbolçunu bu yay heyətinə qatmaq niyyətindədir.
“Topçular” bir neçə aydır ki, müdafiəçini izləyir.
2024/25 mövsümündə Hato "Ayaks"ın heyətində bütün turnirlərdə 50 matç keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.