
"Qalatasaray" daha bir ulduz alır
Leroy Sane ilə anlaşan "Qalatasaray" daha bir ulduza "elçi düşüb".
Sportlife.az xəbər verir ki, İstanbul nəhəngi Türkiyə millisinin və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir.
"Cim-bom" bu keçid üçün İtaliya təmsilçisinə 30 milyon avro təklif edib.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə çempionu olub.