Futbolçuda xərçəng aşkarlandı

  • Dünən, 14:07

"Şinnik"in müdafiəçisi Ben Zaqreyə xərçəng diaqnozu qoyulub.

Sportlife.az xəbər verir ki, aprel ayında Burkina-Fasodan olan 26 yaşlı futbolçu ayağındakı şişi çıxarmaq üçün əməliyyat olunub və həmin vaxt aparılan biopsiyada heç bir anormallıq aşkar edilməyib. Vətənə qayıdan Zaqre həkimlərin yanına gedib və xərçəng olduğunu öyrənib. Futbolçu müalicə üçün Almaniya və ya İsrailə getməyi planlaşdırır.

Zaqre 2024-cü ilin fevralında Qazaxıstanın "Kaysar" klubundan "Şinnik"ə keçib.


Paylaş: