
Osimhen seçimini etdi
"Napoli"nin hücumçusu Viktor Osimhen "Mançester Yunayted"ə keçmək istəyir.
Sportlife.az xəbər verir ki, futbolçu bu səbəbdən “Əl-Hilal”ın təklifini rədd edib.
İddiaya görə, "Mançester Yunayted" nigeriyalı forvardla danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Napoli" ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirən forvard üçün 75 milyon avro tələb edir.