
Klub prezidenti küftədən öldü
“Visla” klubunun əsas investoru Tomas Kokosinski faciəvi şəkildə ölüb.
Sportlife.az xəbər verir ki, iş adamı restoranda nahar zamanı köftədən boğulub.
Funksioner hipoksiya və beyin ölümü səbəbindən dərhal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "Visla" Polşanın ən qədim və köklü futbol klublarından biridir. 1906-cı ildə yaradılıb və 13 qat ölkə çempionudur.