
Emin Mahmudov mükafatlandırıldı
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov mükafatlandırılıb.
Sportlife.az xəbər verir ki, may ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqası İctimai Birliyinin prezidenti Elxan Səmədov təqdim edib.
Mükafatlandırma AFFA-nın inzibati binasında baş tutub.