
"Bavariya" da Uilyamsı istəyir
"Bavariya" "Atletik"in hücumçusu Niko Uilyamsla maraqlanır.
Sportlife.az xəbər verir ki, Münhen klubu İspaniya millisinin oyunçusunu transfer etmək ehtimalına nikbin baxır.
22 yaşlı ispaniyalının Bilbao klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Uilyams bütün yarışlarda 45 matçda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.