
"Arsenal" baş məşqçisini qovdu
Tula "Arsenal"ı baş məşqçi Aleksandr Storojukun istefasını açıqlayıb.
Sportlife.az xəbər verir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Rusiyalı mütəxəssis 2023-cü ilin yanvarından Tula komandasını çalışdırırdı.
Ötən mövsüm Storojukun rəhbərliyi altında "Arsenal" I Liqanı 10-cu yerdə bitirib.