"Kəpəz"də yeni baş məşqçi - RƏSMİ

  • Dünən, 17:57

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi bu posta Adil Şükürovu təyin edib. 48 yaşlı mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"in baş məşqçisi olub.

Qeyd edək ki, Adil Şükürov “Kəpəz”də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.


Paylaş: