
Niderlandda 1 dəst medal
Azərbaycanın boks millisi Niderlandın Eyndhoven şəhərində keçirilmiş beynəlxalq turniri 3 medalla başa vurub.
Sportlife.az xəbər verir ki, yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əli Abdullayev (65 kq) yarışı gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.