
Qovulan məşqçi "İnter"ə təklif olundu
İtaliyalı mütəxəssis Tiaqo Motta "İnter"in yeni baş məşqçisi ola bilər.
Sportlife.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı Milan klubunun rəhbərliyinə təklif olunub. Motta 2009-2012-ci illərdə "İnter"də çıxış edib.
Ötən mövsüm "Yuventus"a rəhbərlik edən mütəxəssis bu il martın 23-də Turin klubundan qovulub.