
Azərbaycanlı futbolçu klubsuz qaldı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Bolsupor” klubundan ayrılıb.
Sportlife.az xəbər verir ki, 29 yaşlı oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
V.İsgəndərli paylaşımında belə yazıb: “Hər şey üçün təşəkkürlər, “Boluspor”.
Yada salaq ki, təcrübəli yarımmüdafiəçi 2024-cü ilin yanvarından “Boluspor”un şərəfini qoruyub.