
Mahir Emreli Bundesliqa yolunda
Millimizin hücumçusu Mahir Emreli mövsümün sonunda "Nürnberq"dən ayrıla bilər.
Sportlife.az xəbər verir ki, buna səbəb futbolçunun Bundesliqa klublarının maraq dairəsinə düşməsidir.
Belə ki, Almaniyanın əsas çempionatının adı açıqlanmayan 2 klubu 27 yaşlı forvardı izləyir.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir. Onun klubla müqaviləsi yayda başa çatacaq.