MY-nin Reşford üçün tələbləri

  • Dünən, 17:04

"Mançester Yunayted”in hücumçusu Markus Reşfordun çevrəsi futbolçunun “Barselona”ya keçməsi ilə bağlı Kataloniya klubu ilə danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, ingiltərəli forvardın ətrafı Kataloniya klubuna futbolçunu “qırmızı şeytanlar”dan almaq öhdəliyi ilə bir illik icarə variantını təklif edib. Lakin hücumçunun tam transferini həyata keçirmək istədiyi üçün “Mançester Yunayted” hazırda bu variantı dəstəkləmir. İngiltərə klubunun Reşford üçün təxminən 40 milyon avro istədiyi bildirilir.

Hazırda icarə əsasında “Aston Villa”da forma geyinən futbolçu “Barselona”ya keçmək üçün maaşının az olmasına hazırdır.

27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 41 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub


Paylaş: