
Samir Abbasov: “Bundan da yaxşı oyun göstərdiyimiz matçlar olub”
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“Həm birinci, həm də indiki oyun digərlərindən fərqli idi. İndi də bir az rahatlıq var idi və hər şey rahatlıq fonunda yarandı. Bundan da yaxşı oyun göstərdiyimiz matçlar olub. Yenə həmin şeylər çatmırdı. Biz istədiyimizdən uzaq qaldıq. Yenə də bunları analiz edib, üzərində işləməliyik.
Biz prioritet heç nəyi tutmamışdıq. Anlayırıq ki, hər oyunun məsuliyyəti nə qədərdir. Oyunları yadımıza salsaq, bir çox şanssızlıqlarımız oldu. Kuboka daha fərqli hazırlaşdıq. Lakin nə kuboku, nə də çempionatı bir-birindən fərqləndirdik. Təəssüflər olsun ki, bizim heç birində şansımız gətirmədi”.