
İdmançımız Avropa çempionatının finalında
Nikita Simonov Almaniyanın Leyptsiq şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin gimnastı özünün əsas növü olan halqalarda çıxış edib. O, hakimlərdən 14,033 xal alaraq, təsnifat mərhələsində 7-ci yeri tutub.
Halqalarla yarışın finalı mayın 30-da keçiriləcək.
Qeyd edək ki, Simonov ötən il keçirilən qitə çempionatının gümüş medalçısı olub.