Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.
Sportlife.az xəbər verir ki, Aslan Əmiraslanov birdən qaldırma hərəkətində 114 kq-ı ram edərək qızıl medala sahib çıxıb.
Bundan başqa, o, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini üstələyib. Təmsilçimiz toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.