Millimizin Dünya Kuboku üçün heyəti məlum oldu

  • 27 Mart 2024, 16:02

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb.

Sportlife.az xəbər verir ki, “Paris 2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235 kişi və 231qadın) atlet iştirak edəcək.

Yarışda Azərbaycanı qadınlarda Nazilə İsmayılova (45 kiloqram), kişilərdə isə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) təmsil edəcək.

Qeyd edək ki, Tailandın Phuket şəhərində martın 31-də start götürəcək yarış aprelin 11-dək davam edəcək.


Paylaş: