"Qartallar" niyə daxili arenada uça bilmir?

  • 15 Noyabr 2024, 16:10

"Zirə"nin tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlməsi böyük uğur idi. “Qartallar”ın Konfrans Liqasındakı parlaq çıxışı komandanın artan gücündən xəbər verirdi. Ancaq görünür, bu gücün üstü tozla örtülüb. Çünki Premyer Liqada vəziyyət başqa cürdür.

Son 5 oyununda "Zirə" yalnız bir qələbə qazana bilib - O da "Şamaxı" üzərində. Bu, “Zirə”nin daxili arenadakı vəziyyətini yaxşı təsvir edir. 20 xalla 4-cü pillədə qərarlaşan komanda hələ ki, iddialılar sırasından kənarda qalmayıb, lakin hər keçən tur medallara yaxın olan rəqiblərlə xal fərqinin daha da böyüdüyünü görürük. "Qartallar"ın qanadları indi daha çox daxili yarışların rüzgarına qarşı mübarizə aparır.

Bəs komandanın problemi nədir? 3 ay öncə Avropada qanad çalan "qartallar" indi niyə daxili arena səmalarında uçmaqda çətinlik çəkir?

Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın hazırkı situasiyasının səbəbi, bəlkə də, mental və psixoloji faktorlardır. Avrokuboklardakı uğurlu çıxışdan sonra daxili arenadakı rəqiblərdən gələn təzyiqlər artdı, bu isə "Zirə"ni daha çox psixoloji cəhətdən yordu və çətin vəziyyətə saldı.

Yaxşı, "Zirə" bu vəziyyətdən necə çıxa bilər? - İlk növbədə komandanın psixoloji hazırlığına xüsusi diqqət yetirilməlidir. Futbolçulara avrokuboklardakı uğurların təsadüf olmadığını, daxili arenada da bu uğurları təkrarlamaq üçün potensiallarının olduğunu göstərmək lazımdır. Həmçinin komandanın birgə ruhunu gücləndirəcək motivasiya tədbirləri təşkil olunmalıdır.

Aktual sual budur: “Zirə” içindəki gücü tapacaq, yoxsa bu, sadəcə keçənilki nağılın sonu olacaq?

Sportlife.az


Paylaş: