MY ondan əl çəkmir
"Mançester Yunayted" Alfonso Deyvisi transfer etmək istəyir.
Sportlife.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" kanadalı futbolçuya "Real" və "Bavariya"dan daha yüksək məvacib təklif edib.
Deyvis "Bavariya" ilə müqaviləsi gələn ilin yayında bitir. 24 yaşlı sol cinah müdafiəçisi sözləşməsini uzatmasa, iyul ayında azad agent olacaq.
O, gələcəyi barədə yekun qərarını hələ verməyib.