"Qarabağ"ın oyununa yenə böyük maraq var
Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.
Sportlife.az verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.