"Biz oynayaq, “Neftçi” baxsın?

  • 29 Mart 2025, 19:52

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportlife.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında həm oyunla bağlı danışıb, həm də jurnalistlərin suallarını cavablandırıb.

“Gərgin oyuna şahidlik etdik. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Komanda şəklində yaxşı iş gördük. Qalib gələ də bilərdik, uduzmaq təhlükəsi də var idi. Bir xal da bu oyun üçün önəmli idi. Komandama təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

- "Araz-Naxçıvan” sanki meydana bir xal üçün çıxmışdı...

- Biz fərqli görürürk. “Neftçi” yaxş təşkilatlanmış komandadır. Nə gözləyirsiniz, biz oynayaq, “Neftçi” baxsın? Onlar planlı şəkildə bizə təzyiq göstərdilər. Hər iki komanda ehtiyat edirdi.

- "Qarabağ"la kubok oyununu düşünürdünüz?

- Bizim bu gün qənaətli şəkildə oynadığımızı düşünürsünüzsə... Biz "Neftçi" ilə matça da maksimum nəticə üçün çıxmışdıq. Başa düşürük ki, 3 gündən bir oynayırıq. Heyətdə 4-5 futbolçunun olmaması da sıxıntı yaradır. Qış fasiləsindən sonra zədəli futbolçuların sayı çoxdur. O da nə ilə bağlıdır, biz bilirik. Bizə aid olan məsələdir. Komandam bərkdir, kubokda və çempionatda iddiasını ortaya qoyacaq.


Paylaş: