"Qarabağ"ın bizə qarşı motivasiyalı oynayacağını bilirdik"

  • 1 Aprel 2025, 16:36

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyevin Sportlife.az saytına müsahibəsi

- Premyer Liqanın XXVIII turunda evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzdunuz. Həmin matç haqda nə düşünürsünüz?

- "Qarabağ"a qarşı həftə ərzində yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. "Qarabağ" son 3 oyunda bizi məğlub edə bilməmişdi. Daha motivasiyalı oynayacaqlarını gözləyirdik. Bizim üçün matçın qırılma nöqtəsi 3-cü qol oldu.

- Nəyi mütləq dəyişməlisiniz ki, daha yaxşı nəticələr əldə edəsiniz?

- Daha motivasiyalı olmalıyıq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, qarşıdakı oyunlardan 3 xalla ayrılmağa çalışacağıq.

- Komandanız 4 matçdır qələbə qazana bilmir. Bunun səbəbini nədə görürsünüz?

- Biz də bu durumdan çıxmağa çalışırıq. Səbəb olaraq, nəsə göstərə bilmərəm. Amma onu bilirik ki, indikindən daha çox çalışmalıyıq.

- Milli fasilə komandaya öz təsirini necə göstərdi?

- İndiki durumda nece təsir etdiyini demek çətindir. İstədiyimiz nəticələri ala bilsək, əlbəttə, "yaxşı təsir etdi" deyə biləcəm.

- Növbəti turda "Səbail"in qonağı olacaqsınız. Həmin qarşılaşma ilə bağlı gözləntiləriniz necədir?

- Bizi çətin oyunun gözlədiyini bilirik ve buna uyğun hazırlaşırıq. Qələbə qazanıb, həm azarkeşlərimizi sevindirmək, həm də öz vəziyyətimizi düzəltmək istəyirik.

Akif ƏHMƏDOV


Paylaş: