"Sabah"ın əməliyyat olunan futbolçusu nə vaxt qayıdacaq?

  • 1 Aprel 2025, 13:06

Azərbaycan millisinin və "Sabah”ın müdafiəçisi Amin Seydiyev bir neçə gün əvvəl əməliyyat olunub. 

Müdafiəçi İstanbuldakı klinikaların birində sağ adduktor əzələsinin qopması ilə bağlı əməliyyat keçirib. Amin Seydiyevin bərpa müddəti nə qədər davam edəcək? Futbolçu meydana nə vaxt çıxa biləcək? Bununla bağlı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi Sportlife.az saytına açıqlamasında bunları dedi:

"Amin Seydiyev bir neçə gün əvvəl İstanbuldakı klinikaların birində sağ adduktor əzələsinin qopması ilə bağlı əməliyyat keçirib. Əməliyyat uğurla başa çatıb. Həkimlərin ilkin rəyinə əsasən, təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu müddət onun bərpa prosesinə uyğun olaraq dəyişə bilər".

Akif ƏHMƏDOV


Paylaş: