"Zirə"dən əzmkar qələbə, "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

  • 20 Aprel 2024, 20:57

Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir.

Sportlife.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edib və 2:2 hesablı bərabərə qalıb.

 

 

Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib idi.  "Neftçi" "Zirə"nin qonağı olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda hesab 1:1 ikən 10 nəfərlə qalmasına baxmayaraq, daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə xalını 49-a yüksəldən "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

20 aprel (şənbə)

19:00. “Zirə” – “Neftçi” - 3:1 

Qol: Emin Mahmudov, 19-pen. (0:1), Rəhim Sadıxov, 43 (1:1), Fuadd Bayramov, 78 (2:1), Vladislav Kulaç, 85 (3:1)

Qırmızı vərəqə: Ceyhun Nuriyev, 67 ("Zirə")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

16:30. “Qarabağ” – “Qəbələ” - 2:2 

Qollar: Bilel Auşeriya, 19 (0:1), Yassin Benzia, 66 (1:1), Abdullah Zubir, (1:2), 71 (2:1), Akokpo, 85 (2:2)
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”
Hakimlər:
 Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”
Hakimlər: 
Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

“Liv Bona Dea Arena”

19 aprel (cümə)

“Turan Tovuz” – “Sumqayıt” - 1:4 


Paylaş: