"Qarabağ" "Sumqayıt"a uduzdu, "Neftçi" və "Kəpəz"dən qələbə - YENİLƏNİB

  • 28 Aprel 2024, 21:58

Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Sportlife.az xəbər verir ki, bu gün daha 3 matç keçirilib.

Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə başa vuracağı rəsmiləşib və reqlamentə görə komanda elitanı tərk etməlidir. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. "Kəpəz" isə xallarını 34-ə çatdırıb və ən azı bir günlük də olsa, "Araz-Naxçıvan"ı qabaqlayaraq 8-ci yerə yüksəlib.

 

Turun digər görüşündə "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatb - 3:0. 

Günün son qarşılaşmasında çempionluğu rəsmiləşdirən "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu qələbədən sonra xallarını 50-ə çatdıran Samir Abasovun komandası "Zirə"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib.  Ancaq "Zirə"nin sabah "Araz-Naxçıvan"la oyunu var.

28 aprel (bazar)

20:00. “Sumqayıt” –“ Qarabağ” - 1:0

Qol: Roi Kehat, 70
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.H. adına Sumqayıt şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz” - 3:0 

Qol: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70-pen.

Qırmızı vərəqə: Bruno Qonçalves, 62 ("Turan Tovuz")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”

15:30. “Qəbələ” – “Kəpəz” - 0:1 

Qol: Martins Junior, 7

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
 

29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan”
Hakimlər:
 Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

27 aprel (şənbə)

“Sabah” – “Səbail” - 2:0


Paylaş: