"Adil dayı deyəndə “Xəmsə” yada düşür" - AÇIQLAMA

  • 10 May 2024, 19:08

“Kəpəz”in məşhur “Xəmsə” fanklubu yenicə 15 illik yubileyini qeyd edib.

Sportlife.az-a açıqlamasında azarkeş qrupunun idarə heyətinin üzvü Müşviq Məmmədov fanklubun yardıcısı mərhum Adil Məmmədovu xatırlayıb.

“Bir neçə gün qabaq 15 illiyimizi qeyd etdik. “Xəmsə” fanklubunun yaradıcısı Adil Məmmədovdur. Adil dayı deyəndə “Xəmsə” yada düşür. Adil dayının adına görə həmişə “Xəmsə”ni yaşatmağa çalışırıq. Çox çətinliklərlə üzləşmişik. Amma həmişə bunların öhdəsindən gəlmişik. Mütəmadi olaraq Adil dayının məzarını ziyarət edirik. Onu heç vaxt unutmayacağıq” – deyə Müşviq Məmmədov bildirib.

Qeyd edək ki, Müşviq Məmmədovla “Xəmsə” fanklubu barədə geniş müsahibəmiz 11 may saat 22:00-da saytımızda yayımlanacaq.


Qulammirzə Səfərli


Paylaş: