Spaletti daha 2 il "Yuventus"da
"Yuventus" baş məşqçi Luçano Spalletti ilə müqavilənin uzadılması barədə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
İtalyan mütəxəssisin maaşı bonuslardan asılı olaraq 5-6 milyon avro arası olacaq.
Rəsmi açıqlama şənbə günü "Atalanta" ilə səfər oyunundan əvvəl açıqlanacaq.
Spalletti 2025-ci ilin oktyabr ayının sonunda "Yuventus"un baş məşqçisi təyin edilib.