"Karvan-Yevlax" – "Kəpəz": Hakimlər bilindi
Azərbaycan Premyer Liqasında XXVII turun "Karvan-Yevlax" – "Kəpəz" oyununun təyinatları açıqlanıb.
Sportlife.az xəbər verir ki, qarşılaşma Nicat İsmayıllıya həvalə olunub. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Gülnurə Əkbərzadə kömək edəcəklər. 4-cü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək.
VAR hakimi Emin Əliyev, onun köməkçisi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, aprelin 10-da Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq.