Anridən hakimin qərarına etiraz
"Barselona"nın keçmiş oyunçusu Tyerri Anri Çempionlar Liqasının 1/4 finalının "Atletiko" ilə ilk oyununda (0:2) kataloniyalı müdafiəçi Pau Kubarsinin meydandan qovulması qərarı ilə razı deyil.
Sportlife.az xəbər verir ki, məşhur veteran futbolçu qərarın düzgün olmadığını bildirib:
"Pau Kubarsiyə qırmızı vərəqə? Xeyr, xeyr, xeyr... Mənim üçün bu, qırmızı vərəqə deyil. Bağışlayın. Və bəli, qaydaları başa düşürəm, amma konkret vəziyyəti qiymətləndirməlisən. Top tamamilə nəzarətdən çıxıb, bucaq mükəmməl deyil, qapıya hələ də müəyyən məsafə var. Onun qol vuracağına əminsən? Əmin deyiləm.
Mənim üçün bu, qırmızı deyil, sarı olmalıdır. Onu meydandan qovduqdan sonra bütün oyunu dəyişirsən. Çempionlar Liqasında isə bu qərarı vermək üçün 100% əmin olmalısan".