Balau və Demçenkoya cəza

  • Bu gün, 14:29

AFFA İntizam Komitəsi "Şamaxı"nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.

Sportlife.az xəbər verir ki, buna yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən "Zirə" – "Şamaxı" oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Həmçinin buna görə bölgə təmsilçisi 1 000 manat cərimə edilib.

Turun "Araz-Naxçıvan" – "Sabah" oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2 500 manat ziyana düşüb.


Paylaş: