Millidə mükafat qalmaqalı
İtaliya millisinin qapıçısı Canluici Donnarumma futbolçuların dünya çempionatına vəsiqə qazanmaq üçün bonus tələb etməsi ilə bağlı xəbərləri təkzib edib.
Sportlife.az xəbər verir ki, "Maneçster Siti"də çıxış edən qolkiper bunları deyib:
"İddia etdiyimiz bonuslarla bağlı şərhlər və iradlar məni incitdi. Kapitan kimi İtaliya millisindən heç vaxt bir avro belə istəməmişəm. Hər hansı bir yarışda olduğu kimi, milli komanda turnirə vəsiqə qazanan oyunçulara hədiyyələr verir. Vəssalam. Heç kim federasiyadan heç nə istəməyib: hədiyyəmiz dünya çempionatına səyahət idi, amma gedə bilmədik. Dərc olunanlar məni incitdi. Təkrar edirəm, heç kim heç vaxt bonus istəməyib".