Millimizin sabiq üzvləri A kateqoriyası aldı

  • Bu gün, 17:51

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Sportlife.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

Qeyd edək ki, A kateqroiyası alanlar arasında Azərbaycan millisinin sabiq futbolçuları Maksim Medvedev, Rauf Əliyev, Rasim Ramaldanov, Rəşad Eyyubov, Rasim Ramaldanov və Rail Məlikov da var.


Paylaş: