Braziliya çempionatında məşqçi "soyqırımı"

  • Bu gün, 16:50

Braziliya çempionatı bu mövsüm məşqçi istefaları ilə gündəmdədir.

Sportlife.az xəbər verir ki, cəmi 10 tur keçməsinə baxmayaraq, 20 komandadan 10-u artıq baş məşqçisini dəyişib.

Baş məşqçiləri göndərən klublar arasında "Korintians", "Şapekoense", "Botafoqo", "Santos", "Kruzeyro", "San Paulo", "Flamenqo", "Remo", "Vasko da Qama" və "Atletiko Mineyro" da var.

Bu qərarlar nəticəsində Xorxe Sampaoli və Tite kimi tanınmış məşqçilər, eləcə də keçmiş oyunçular Filipe Luis və Ernan Krespo işlərini itiriblər.


Paylaş: