20 ildən sonra ilk qələbə
"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atletiko"ya 0:2 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin 20 ildən sonra "Kamp Nou"da Madrid klubuna ilk məğlubiyyəti olub.
Əvvəlki məğlubiyyət 2006-cı ildə qeydə alınıb. O vaxtdan bəri "Barsa" "Atletiko"ya evdə yalnız bir dəfə - 2024-cü ildə uduzub. Həmin matç isə təmir işləri səbəbindən bağlanmış "Kamp Nou"da keçirilməyib.
Bu, həm də "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin "Kamp Nou"da "Barselona" üzərində ilk qələbəsi idi.