Bakıda beynəlxalq turnir
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq Qran-pri turniri keçiriləcək.
Sportlife.az xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq. Turnirdə 9 ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.
Turnirin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.