Flikdən həmyerlisinə atmaca
"Barselona"nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları oyunun hakim idarəçiliyindən narazı qalıb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis VAR-da oturan həmyerlilərinə atmaca da atıb:
"İlk qolda daha yaxşı müdafiə olunmalı idik. Qırmızı vərəqə aldıq və dərhal sonra "Atletiko" qol vurdu. VAR "Atletiko"ya köklənmişdi. VAR hakimi alman idi. Buna görə də Almaniyaya təşəkkürlər".
Çempionlar Liqasında "Barselona" və "Atletiko" arasında cavab oyunu aprelin 14-də Madriddə keçiriləcək.