Mərkəzi oyunda "Şəfa" sevindi

  • Bu gün, 18:29

Azərbaycan I Liqasında XXI tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

Mərkəzi görüşdə lider "Şəfa" öz meydanında "Səbail"i məğlub edib. Çempionatın iddialı komandalarından "Mingəçevir" də turu qələbə ilə başa vurub və səfərdə autsayder "Şimal"ı üstələyib. "Şahdağ Qusar" isə "Difai"yə qalib gəlib.

I Liqa, XXI tur
9 fevral

"Şimal" - "Mingəçevir" 0:3
Qollar: 
B.Həziyev, 62 (pen), 87, K.Kalunqa, 73

"Şəfa" - "Səbail" 2:1
Qollar: 
E.Zamanov, 48, N.Əliyev, 57 - K.Quliyev, 61 (pen)

"Difai" - "Şahdağ Qusar" 0:3
Qollar: 
F.Camalov, 10, K.Adjey, 29, S.Ağalarov, 31
Qırmızı vərəqə: K.Adjey, 87 ("Şahdağ Qusar")


Paylaş: