"Məqsədimiz peşəkar idmançıların milli komandaya cəlb olunmasına şərait yaratmaqdır" - AÇIQLAMA

  • 11 May 2024, 19:58

Azərbaycanda populyarlaşmaqda olan idman növlərindən biri də stronqmendir.

Sportlife.az-a açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının stronqmen üzrə vitse-prezidenti Bəxtiyar Quliyev deyib.

O, əsas hədəfi açıqlayıb: "Əsas məqsədimiz stronqmen növünü regionlarda inkişaf etdirməkdir. Bu istiqamətdə işlərimiz davam edir. Məqsədimiz Azərbaycanın bütün ərazisini əhatə etmək, peşəkar idmançıların milli komandaya cəlb olunmasına şərait yaratmaqdır. İdmançıların çoxluğu sağlam rəqabətdən xəbər verir. Əgər perspektivli idmançılarımız çox olsa, biz də onların arasında beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək insanları seçə bilərik. Bakıda mütəmadi olaraq idmançılar üçün seminarlar təşkil olunur. Planlaşdırırıq ki, tanınmış idmançıların iştirakı ilə bölgələrdə də seminarlar keçirək".

 

Qulammirzə Səfərli


Paylaş: