8 il sonra gələn çempionluq barədə: "Məşqçilərimin, ailəmin əziyyətini yerdə qoymadım" - AÇIQLAMA

  • 11 May 2024, 20:44

8 ildən sonra sambo üzrə Avropa çempionatını Azərbaycan idmançısı qızıl medal qazanıb.

Sportlife.az-a açıqlamasında finalda ermənistanlı Narek Dallakyana qalib gələrək çempion olan Elvin Bağırov (64 kq) təəssüratlarını bölüşüb.

O, 8 ildən sonra tarix yazdığı üçün xoşbəxt olduğunu bildirib: “Axırıncı dəfə Avropa çempionluğu 2016-cı ildə olmuşdu. 8 ildən sonra bu uğuru təkrarladım. Qələbə qazandığım üçün çox sevincliyəm. Uzun illərdən sonra Avropa çempionatının qızıl medalını qazandım. Həm məşqçilərimin, həm də ailəmin əziyyətini yerdə qoymadım. İnşallah, qarşıdan gələn beynəlxalq turnirlərdə, dünya çempionatında da uğurumu davam etdirərəm. Başqa deyiləcək söz yoxdur. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Onun sayəsində çempion oldum”.

 

Qulammirzə Səfərli


Paylaş: