"Turnirdə Azərbaycan bayrağının dalğalanmasının yeganə səbəbi Nicat idi - AÇIQLAMA

  • 29 Aprel 2024, 15:33

“Nicatın pis nəticələrinin səbəbi təcrübə azlığı idi. Dizindəki problem də ona böyük təsir etdi. Şahmat hazırlığı və debüt seçimləri isə yaxşı idi”.

Bunu Sportlife.az-a açıqlamasında “ChessBorn TV” “YouTube” kanalının rəhbərlərindən olan Murad Həşimov Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışı barədə danışarkən bildirib.

O, Nicatın çıxışındakı qırılma nöqtəsinə də diqqət çəkib: “Nicat yekunda 3,5 xal topladı. Nicatın oyunları xoşagələn idi. Reytinqinə görə bəzi hallarda daha yaxşı çıxış etdi. Turnirə çox yaxşı başlamışdı. 5-ci və 6-cı turlarda aldığı məğlubiyyətlər çox pis təsir etdi. Nicatın Nakamura ilə oyunu qırılma nöqtəsi oldu. İkinci dövrədəki dueldə yaxşı üstünlüyü var idi. Bu üstünlüyü əldən verdi. Bu duelin psixoloji təsiri mənfi şeylərə gətirdi. Nicatı təbrik etmək olar. Turnirdə Azərbaycan bayrağının dalğalanmasının yeganə səbəbi Nicat idi”.

 

Qulammirzə Səfərli


Paylaş: