MY-də iki ayrılıq

  • 15 May 2024, 14:02

"Mançester Yunayted"də yayda ayrılıqlar olacaq.

Sportlife.az xəbər verir ki, ayrılacaq oyunçulardan biri Kristian Eriksendir. 2022-ci ildən bəri komandada olan danimarkalı yarımmüdafiəçi yayda satılacaq.

Bir digər komandadan ayrılmaq ehtimalı olan oyunçu isə Antonidir. 2 il öncə "Ayaks"dan 95 milyon avroya transfer olan braziliyalı vinger ümidləri doğrulda bilməyib. Yayda uyğun təklif gələcəyi halda Antoniylə də yollar ayrılacaq.

 


Paylaş: