
“Mançester Siti” bir ilkə imza ata bilər
"Mançester Siti" İngiltərə futbol tarixinə keçə bilər.
Sportlife.az xəbər verir ki, "şəhərlilər" bazar günü "Vest Hem"i məğlub etsə, Premyer Liqada çempionluğunu elan edəcək. Bu, "Mançester" "mavi" tərəfinin ardıcıl 4-cü çempionluğu olacaq.
İndiyə qədər İngiltərədə heç bir komanda dalbadal 4 dəfə çempion ola bilməyib.
Xatırladaq ki, MS son tura "Arsenal"ın 2 xal önündə lider kimi daxil olur.