Azər Məhərrəmov: “Bunu burada deyirəm, hamı yadında saxlasın” - AÇIQLAMA

  • 29 Aprel 2024, 15:55

“Hazırda qol güləşi Azərbaycanda daha yüksək səviyyədədir”.

Bunu Sportlife.az-a açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov deyib.

Məhərrəmov qol güləşi üzrə Azərbaycan çempionatında fərqlənənlərin Avropa çempionatında uğurla çıxış edəcəklərinə əminliyini vurğulayıb: “Qol güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Azərbaycan bütün bölgələrindən 250-yə yaxın idmançı medallar uğrunda mübarizə apardı. Güclü idmançılarımız var. Bu yarışda fərqlənən idmançılar Avropa çempionaına yollanacaqlar. Bunu burada deyirəm, hamı yadında saxlasın. 10 nəfərlə qitə turnirinə yollansaq, Bakıya azı 8 medalla qayıdacağıq”.

Qeyd edək ki, Azər Məhərrəmov hələ sağlığında Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan "Fred Asif" ləqəbli Asif Məhərrəmovun oğludur.

 

Qulammirzə Səfərli


Paylaş: