"Atletiko" gənc forvardın dəyərini bəlirləyib

  • 19 İyun 2024, 15:00

"Atletiko" Samu Omorodionun dəyərini bəlirləyib.

Sportlife.az xəbər verir ki, Madrid klubu 20 yaşlı forvard üçün 80 milyon avro tələb edir.

Omorodion karyerasını "Atletiko"da davam etdirmək istəyir. "Çelsi" onunla yaxından maraqlanır.

Gənc hücumçu başa çatan mövsümü icarə əsasında "Alaves"də keçirdib. O, La Liqada 35 oyuna çıxıb və 9 qol vurub.


Paylaş: