Lautaro “İnter”in tarixinə keçdi
Dünən keçirilən "Empoli" oyunu "İnter"in forvardı Lautaro Martines üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, görüşdə son nöqtəni qoyan argentinalı hücumçu "İnter" formasıyla 134-cü qolunu vurub. Bununla da o, Milan klubunun heyətində ən çox qol vuran əcnəbi futbolçu olub. O, 1948-1954-cü illərdə klubda çıxış etmiş macar İştvan Nyerşi geridə qoyub.
Lautaro 2018-ci ildə "İnter"ə transfer olub. O, "neradzuri" ilə iki dəfə A Seriyasının qalibi olub.