Xorvatiyalı ilə bu gün yollar ayrıla bilər

  • 31 Oktyabr 2024, 12:44

"Roma" bu axşam  A Seriyasının X turu çərçivəsində "Torino" ilə qarşılaşacaq.

Sportlife.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu matç "canavarlar"ın baş məşqçisi İvan Yuriç üçün sonuncu ola bilər. Əgər paytaxt klubu məğlub olarsa, xorvatiyalı mütəxəssislə yollar ayrılacaq.

Yuriç cəmi bir aydır "Roma"ya başçılıq edir. O, göndərilərsə, əvəzinə üç namizəddən biri gətirilə bilər - Roberto Mançini, Klaudio Ranyeri və Edin Terziç.

"Roma" hazırda 10 xalla A Seriyasında 12-ci yeri tutur.


Paylaş: