Samir Əliyev Premyer Liqaya qayıdır?

  • 31 Oktyabr 2024, 13:15

Azərbaycan U-21 millisinin baş məşqçisi Samir Əliyevlə yolların ayrılacağını ötən gün yazmışdıq.

Sportlife.az-ın əldə etdiyi daha bir məlumata görə, 45 yaşlı mütəxəssisin millidən ayrıldıqdan sonra yenidən Premyer Liqada çalışmaq ehtimalı var. O, hazırda işləri yaxşı getməyən “Səbail”də Şahin Diniyevin yerinə keçə bilər.

S. Əliyev daha öncə də “dənizçilər”də çalışıb.

“Səbail” hazırda 7 xalla Premyer Liqada 9-cu yeri tutur.


Paylaş: